4-cü sənaye dövrü, qaçılmaz 5G – Ekspertdən AÇIQLAMA 

4-cü sənaye dövrü, qaçılmaz 5G – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: 4-cü sənaye dövrü, qaçılmaz 5G – Ekspertdən AÇIQLAMA 

35371

“Texnologiyaların sürətli təkamülü hökumətlər və özəl aktorlar arasındakı dinamikanı yenidən şəkilləndirir. Böyük verilənlər bazası, 5G, süni intellekt və kvant hesablama kimi texnologiyalara daha çox sərmayə yatıran hökumətlər artıq digər ölkələr üzərində strateji üstünlüklərə sahibdirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a verdiyi müsahibəsi zamanı ölkədə geo-texnoloji rəqabətin perspektivlərindən danışarkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəqəmsal hökumət bizə nə verəcək? – Vüsal Qasımlıdan AÇIQLAMA


O, qeyd edib ki, 5G 2035-ci ilə qədər 13 trilyon dollarlıq dəyər yaradacaq. 

“Qlobal süni intellekt bazarının isə 2030-cu ilə qədər 15 trilyon dollara çatacağı təxmin edilir. Bu rəqəmlər hökumətləri texnoloji liderlik yarışına girməyə sövq edir. Etiraf edim ki, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti bir tərəfdən vaxtımızı alsa da, digər tərəfdən hərbi-sənaye kompleksi, kosmik sənaye və müdafiə sistemimizdə yeni texnologiyaların tətbiqini daha da sürətləndirdi”. 

V.Qasımlı həmçinin bildirib ki, bu sahədə rəqabət şiddətlənir. Bu səbəbdən də Azərbaycan inkişaf üçün tezliklə bu işdə sürətli addımlar atmalıdır. 
 

“ABŞ, Çin, Cənubi Koreya və İsrail bu texnologiyalara daha çox sərmayə qoyan ölkələrdəndir. Bu ölkələr açıq şəkildə yeni texnologiyaların drayveri olmağı, standartlarını tətbiq etməyi və öz şirkətlərinin texnoloji üstünlükdən daha çox faydalanmağını hədəfləyirlər.


Əgər biz vaxtında bu texnologiyalara yiyələnə bilməsək, istehsal etdiyimiz böyük miqdarda məlumatları idarə edə bilməyəcəyik. Əgər əvvəllər neft-qaz nəhəngləri dünya geopolitikası və geo-iqtisadiyyatında aparıcı mövqelərdə idilərsə, indi texnologiya nəhəngləri geosiyasi oyunçulardır və faktiki olaraq qlobal steykholderlərə çevriliblər”,- deyə o, bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO