Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır

Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır

35356

Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanan vəziyyətdə saxlanılması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə Bizim.Media-ya Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, bu il mayın 31-də Gədəbəy rayon sakini, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə əzab verib, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
 

Bundan başqa, o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək olan müddət ərzində mədaxil olunan ümumilikdə 7 min 56 manat pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.


Qəzənfər Hacıyev müxtəlif maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO