Yeni statistik göstəricilərin dərc olunması niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Yeni statistik göstəricilərin dərc olunması niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yeni statistik göstəricilərin dərc olunması niyə gecikir? – RƏSMİ AÇIQLAMA

35346

Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan informasiyaların bir çoxunda 2020-ci il üçün göstəricilərdə çatışmazlıqların olduğu nəzərə çarpır. Belə ki, əksər sahələr üzrə son statistik məlumatlar 2019-cu il üçün dərc olunub. Bu isə, araşdırmaların aparılmasında müəyyən çətinliklərin yaranmasına gətirib çıxarırdı.

Sözügedən gecikmənin səbəbini öyrənmək üçün Dövlət Statistika Komitəsi ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rafael Suleymanov məsələ ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamasında gecikməyə səbəb kimi yeni iqtisadi rayonların yaradılmasını göstərib:

“Yeni iqtisadi rayonların təşkili səbəbindən ötən ilki göstəricilərin sistemə əlavə edilməsi bir qədər gecikib. Bizdə rayonlar üzrə statistik göstəricilər mövcud idi. Sadəcə olaraq, yeni iqtisadi rayonların yaradılması rəqəmlərin yenidən hesablanmasına gətirib çıxarıb”.
 

MÖVZU İLƏ BAĞLI:

7 ayda Azərbaycanın ixracı nə qədər olub? - AÇIQLANDI


Qurum rəsmisi sözügedən informasiyaların sistemə əlavə olunması üçün işlərin başlandığını da açıqlayıb: 

“2020-ci il üçün statistik göstəricilərin əlavə olunmasına artıq başlanılıb. Bununla bağlı iyulun 6-dan tapşırıq verilib. Nəşrlərin, demək olar ki, əksəriyyəti artıq hazırdır. Digərlərinin əlavə olunması prosesi isə davam etdirilir. İyulun 8-də isə sözügedən məsələ ilə əlaqədar növbəti dəfə tapşırıq verilib”. 

Rafael Suleymanov 2020-ci il üçün hansı statsitik göstəricilərin artıq hazır olduğunu da qeyd edib:

“Sosial, informasiya cəmiyyəti və nəqliyyat sahələri üzrə göstəricilərdə çatışmazlıq var. Onların hazırlanması ilə bağlı işlərə də artıq start verilib. Təhsil və səhiyyə sahəsi üzrə isə məlumatlar artıq hazırdır və yaxın günlərdə nəşrlərimizdə həmin göstəricilər də dərc olunacaq”.

Sonda isə Komitə rəsmisi ehtiyac yaranacağı təqdirdə, statistik göstəricilərlə bağlı lazımi informasiyanın da müraciətçilərə təqdim edilə biləcəyini deyib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO