Meşələrimizi KİM yandırır? – Araşdırma zamanı üzə çıxan CİDDİ MƏQAMLAR 

Meşələrimizi KİM yandırır? – Araşdırma zamanı üzə çıxan CİDDİ MƏQAMLAR 

Hazırda oxunan: Meşələrimizi KİM yandırır? – Araşdırma zamanı üzə çıxan CİDDİ MƏQAMLAR 

35274

“Xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin yandırma faktları da yox deyil, var”. 

Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun Azərbaycanda baş verən meşə yanğınları ilə bağlı verdiyi açıqlama bir sıra sualların yaranmasına rəvac verib.

Meşələrmizin yandırılmasında kimlər, hansı qüvvələr maraqlı ola bilər? 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Nazirlik tərəfindən 2019-cu ildən aparılan araşdırmalar nəticəsində ölkəmizdə baş verən meşə yanğınlarının 95 faizinin antropogen – insan fəaliyyətinin nəticəsində baş verdiyi məlum olub: 

“Qəsdən və ehtiyatsızlıqdan yandırılması ehtimallarına gəldikdə isə, bu hər bir ərazi və hər bir hadisə üçün individual xarakter daşıyır. Qəbələdə baş verən yanğınların da insan təsiri nəticəsində baş verdiyi istisna deyil. Doğrudur, yanğından bir gün əvvəl orda şimşək çaxıb, amma ilkin baxışlar zamanı bəzi məqamlar üzə çıxıb. Məsələn, 2017-ci ildə də eyni ərazilərdə yanğınlar baş verib. Sual yaranır ki, bu əgər şimşəyin və ya hansısa təbii prosesin nəticəsində olubsa, niyə fərqli ərazilərdə baş verməyib.

Eyni yerdə olması burada insan təsirinin olması ehtimalını irəli çəkir – istər ehtiyatsızlıq ucbatından baş versin, istərsə də düşünülmüş qaydada olsun”. 


Azərbaycanda indiyə qədər meşələrin qəsdən yandırılması faktları rəsmən qeydə alınıbmı?

Xidmət rəisi bildirib ki, bir sıra nüanslar baş verib: 

“Qanunla qazlaşdırılmamış ərazilərdə vətəndaşlara rüsum ödənilməsi şərtilə odun tədarükünə icazə verilir. Meşəyə buraxılmadıqları zamanı kimlərinsə qəsdən, ziyan vurmaq məqsədilə buna əl atması kimi hallar istisna deyil. Lakin əksər hallarda bu ehtiyatsızlıq ucbatından baş verir – kimsə ocaq qalayır və onu söndürmədən gedir və ya yaxınlıqdakı əkin sahəsinin biçindən sonra yandırılması nəticəsində meşəyə od düşür.
 

Amma indiyədək kiminsə qəsdən meşəni yandırması ilə bağlı fakt bizim tərəfimizdən təsdiqini tapmayıb”.


Təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq DTX zabiti İlham İsmayıl da Bizim.Media-ya açıqlamasında meşə yanğınlarında qəsdən yandılma ehtimalının olduğunu istisna etməyib: 

“Türkiyədə də məlumatlar yayıldı ki, dəstə yaranıb və bu işlə məşğul olub. Amma indi dünyanın bir çox ölkələrində quraqlıqla bağlı meşə yanğınları baş verdiyindən təbii yanğın ehtimal da var. Yanğınlar ehtiyatsızlıqdan, səhlənkarlıqdan da baş verə bilər. Azərbaycanda terorçu qrupların müəyyən pasiv dəstələri hər zaman olub, amma onlar bu işə əl atmayıblar. Əgər qəsdən yandırılma ehtimalı varsa, xüsusi xidmət orqanları, eləcə də digər hüquq mühiafizə orqanları bu işlə məşğul olmalıdırlar”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO