Nazim İbrahimov:

Nazim İbrahimov: "Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirib"

Hazırda oxunan: Nazim İbrahimov: "Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirib"

35125

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov ifadə verib.

O, R.Əkbərovu general kimi tanıdığını, lakin münasibətlərinin olmadığını bildirib:

“Mərhum Elçin Əliyevi 1994-cü ildən tanımışam, həmin vaxtlar özüm də Kiyevdə sahibkarlıqla məşğul olmuşam. Elçin Əliyevlə münasibətim yaxşı olub, ailəvi dostluq etmişik. 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin edildim.
 

MÖVZU İLƏ BAĞLI:

Rövşən Əkbərovun oğlu vəkil Elçin Sadıqova hücum etdi - DETALLAR


2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıtdım və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getmədim. 2001-ci ilin iyulun 1-də Elçin Əliyevin Kiyevdə qətlə yetirildiyini eşitdim. Sonra Elçin Əliyevin ailəsi ilə danışdım.

Onun nəşinin Azərbaycana gətirilməsini üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olan dövrdə tanıdığım Səməd Novruzovla birgə Ukraynaya getdik. Ekspert həkim Elçinin ürəyindən bıçaqlandığını söylədi. Milis idarəsində Elçinlə əlaqəsi olan şəxslər dindirilirdi.

Kiyevdə olduğum müddətdə Qüdrət Əhmədov mənimlə əlaqə saxlayıb, general Rövşən Əkbərovun görüşmək istədiyini söylədi, mən də razılaşdım. O, “Dnepr” otelin foyesinə gəldi.

Həmin vaxt Rövşən Əkbərov tək deyildi, yanında Qüdrət Əhmədov da var idi. Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətlin sənin tərəfindən törədildiyini danışır.

O, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu bildirdi. Baş verən hadisəni mənə Rövşən Əkbərov tam danışdı. Bizim yanımızda Qüdrət Əhmədov olub və o da bizim bu söhbətimizi eşidib. Bundan sonra Rövşən Əkbərovla heç vaxt rastlaşmamışıq, onunla heç bir görüşümüz olmayıb. Növbəti gün də Elçin Əliyevi Azərbaycana gətirdik”.
 

Daha sonra N.İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2003-cü ildə verdiyi ifadəsini xatırlamadığını bildirib.


R.Əkbərovun vəkilləri N. İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

N.İbrahimov söyləyib ki, hamı E.Əliyevin qətlə yetirilməsində R.Əkbırovun günahı olduğunu danışıb.

Bu vaxt N.İbrahimovla R.Əkbərovun arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Əkbərov keçmiş komitə rəhbərini təhqir edib.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO