Sosial şəbəkələrdə Şəki şəhərində "COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mövzu ilə bağlı bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.
MÖVZU İLƏ BAĞLI:
Supermarketlərə birinci doz ilə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA
"Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır.
Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib", - E.Hacıyev qeyd edib.
Bizim.Media