Gəncədə qətl törətmiş qadın tutuldu

Gəncədə qətl törətmiş qadın tutuldu

Hazırda oxunan: Gəncədə qətl törətmiş qadın tutuldu

35065

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb.

Şəhər Prokurorluğundan Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxda 21 yaşlı gənc qətlə yetirildi


Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO