Ümidvaram azad edilmiş Azərbaycan torpaqlarında bir daha müharibə olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Bosniya və Herseqovinadan olan jurnalist Edis Delkoviç deyib.
"İlk dəfədir Qarabağdayam, bir neçə ölkədən bir qrup jurnalistlə bura gəlmişəm. İlk təəssürat kimi deyə bilərəm ki, Bosniyada yaşadığımızlarla oxşar cəhətlər var, 1992-1995-ci illərdə bizdədə müharibə olub.
MÖVZU İLƏ BAĞLI:
Litvalı jurnalist: "Dedilər ki, Tehran Mənsimova bənzəyirəm"
Buna görə də müharibənin nə olduğunu çox yaxşı bilirəm. Belə yerləri görəndə deyə bilərəm ki, müharibə həqiqətən qorxunc bir şeydir və ümid edirəm ki, bir daha burada belə bir şey olmayacaq", - bosniyalı jurnalist deyib.
Qeyd edək ki, mediatur çərçivəsində Türk Şurası üzv ölkələrin mətbuat nümayəndələri və müşahidəçiləri Azərbaycanın azad edilən ərazilərində olublar.
Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan 20 -dən çox jurnalist iştirak edir.(trend)
Bizim.Media