2020-ci ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evlənib.
Bizim.Media xəbər verir ki, bu məlumatı açıqlamasında Şahbaz Quliyev özü təsdiq edib.
O bildirib ki, toy məclisi təşkil edilməsə də, ailə qurması xəbəri doğrudur. Şahbaz Quliyev ailə qurduğu xanımın kimliyi haqqında məlumat vermək istəməyib.
Şahbazın bacısı İradə Quliyeva isə qardaşının keçmiş həyat yoldaşından uzun müddət öncə ayrıldığını söyləyib.
O qeyd edib ki, Albina Quliyeva (Veselova) qız övladını da götürərək, vətəndaşı olduğu Rusiyaya qayıdıb:
“Qızının Şahbazla əlaqəsi var. Hazırda 11-ci sinifdə oxuyur. Bəlkə də özü qayıtmaq istəyəcək. Amma hələlik anasının yanındadır”. (Modern.az)
Bizim.Media