Aynurə Mehdiyeva filippinli qadınla üzləşib

Aynurə Mehdiyeva filippinli qadınla üzləşib

Hazırda oxunan: Aynurə Mehdiyeva filippinli qadınla üzləşib

34914

Bir müddət öncə filippinli qadını qanunsuz olaraq müvafiq dövlət qurumundan icazə almadan öz evində qulluqçu qismində işlədərək onu istismar etdiyinə görə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən ifşa edilərək barəsində cinayət işi qaldırılmış Aynurə Mehdiyevanın işində yenilik var. “Miqrantlara Hüquqi yardım ”İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyevin Moderator.az-a verdiyi məlumata görə artıq Aynurə Mehdiyeva ilə filippinli qadının üzləşməsi başa çatıb: “Üzləşmə zamanı Filippinli xanım onun üzünə dedi ki, istismar edib və əmək haqqını ödəməyib. Bu, bir daha təsdiq edir ki, Filippinli istismara məruz qalıb.”

Qeyd edək ki, Əlövsət Əliyevin rəhbəri olduğu təşkilat istismara məruz qalmış filippinli qadının pozulmuş hüquqlarını təmənnasız olaraq qorumağı öz üzərinə götürüb və qurumun hüquqşünasları mütəmadi olaraq DİN-in sığınacağına yerləşdirilmiş qadına baş çəkərək onun səhhəti, saxlanma şəraiti ilə maraqlanırlar, lazımi hüquqi yardım göstərirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO