Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin - rayon sakinləri X. Məmmədov və İ. Zeynallının karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
Həmin şəxslərin qanuna zidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana qaytarılıblar.
Hər iki şəxslə profilaktik mövzuda söhbətlər aparılıb.
Məsələ ilə bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırmaya başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 25.11.2020
Beyləqanda 2 koronavirus xəstəsi karantin qaydasını pozdu
Hazırda oxunan: Beyləqanda 2 koronavirus xəstəsi karantin qaydasını pozdu
Hazırda oxunan: Beyləqanda 2 koronavirus xəstəsi karantin qaydasını pozdu
3485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.