“Ermənilər Qarabağda müəllifi olduğum 3 abidəni dağıdıb” - Heykəltəraş

“Ermənilər Qarabağda müəllifi olduğum 3 abidəni dağıdıb” - Heykəltəraş

Hazırda oxunan: “Ermənilər Qarabağda müəllifi olduğum 3 abidəni dağıdıb” - Heykəltəraş

34835

Ermənilər Qarabağda müəlifi olduğum üç abidəni dağıdıblar.

Bizim.Media xəbər verir ki, bunu bunu Üzeyir Hacıbəyovun bürüncdən hazırlanmış heykəlinin müəllifi, heykəltəraş Aslan Rüstəmov deyib.

A.Rüstəmov bildirib ki, bunlardan ikisi İstisuda, biri də Laçın rayonunun Güləbird kəndində idi:
 

"İstisuda Nərimanovun qranitdən hazırlanmış büstünü və Qəzənfər Musabəyovun heykəlini dağıdıblar.


Digər bir abidəm isə Laçın rayonundakı Sarı Aşığın abidəsi idi. Bunu da məhv ediblər. Sarı Aşığın abidəsi kompleks bir abidədir. Heykəlin aşağısında da onun sevdiyi qadının surəti əks etdirilib. Bu abidələrdən hansılarınsa yenidən hazırlanması tapşırılsa, bu işləri görəcəyik. Üzeyir Hacıbəyovun heykəlinə gəlincə isə bunu heykəltəraş Əhməd Salikov hazırlamışdı. Ermənilər bu abidəni partlatmışdılar. Salikov indi yaşlıdır və çalışa bilmir. Biz onunla uzun illər birgə işləmişik. Hazırkı heykəl də onun əl işinin oxşarıdır, əvvəlki eskizə uyğun hazırlanıb. Bürüncdən olan abidəni övladlarım Teymur və Mahmudla birgə hazırlamışam". (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO