TƏBİB-dən Ramin Bayramlının villası ilə bağlı məlumatlara CAVAB - FOTO

TƏBİB-dən Ramin Bayramlının villası ilə bağlı məlumatlara CAVAB - FOTO

Hazırda oxunan: TƏBİB-dən Ramin Bayramlının villası ilə bağlı məlumatlara CAVAB - FOTO

34774

Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsilə bağlı məlumatlar yayılıb. 

İddia olunur ki, TƏBİB rəhbəri torpağın sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot ərazi alıb. TƏBİB rəhbərinin tez-tez əraziyə gələrək tikintinin gedişatı ilə maraqlandığı qeyd olunur. 

Bizim.Media xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ötən gün TƏBİB yayılmış məlumatlarla bağlı açıqlama yayıb. Açıqlamada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilir:

“Son günlər bəzi saytlarda və sosial şəbəkələrdə TƏBİB rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir. Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO