Tankçılarımız yarımfinalda - FOTO

Tankçılarımız yarımfinalda - FOTO

Hazırda oxunan: Tankçılarımız yarımfinalda - FOTO

34730

Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Bizim.Media xəbər verir ki, tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan tankçıları Moskvada öz qrupunda 2-ci oldu - FOTO


Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.

Beləliklə, 11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO