Azərbaycan hakimiyyəti Qarabağ probleminin həlli ilə bağlı ilginc bir plan hazırlayır. Yeni həlli planı əvvəlki həll varintlarından bir sıra məqamlarına görə ciddi fərqlənir. Bu həll variantında ən əsas məqam ondan ibarətdir ki, erməni əsilli insanlara Azərbaycana gəliş-gediş üçün imkanların yaradılacağı nəzərdə tutur. Bu həm hazırda işğal altında yaşayan ermənilər üçün, həm də vaxtı ilə Azərbaycanda yaşamış erməni əsilli insanlara şamil olunacağı gözlənilir.
Belə bir planın olduğunu Avropa.info-ya açıqlamasında “Dağlı Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov da təsdiq edib. Bayram Səfərov bildirib ki, bununla bağlı xüsusi proqram hazırlanır və ilin sonunadək hazır olacaq. B.Səfərov deyib ki, sənəd hazır olan kimi ermənilərə, xüsusən də Azərbaycanda yaşayan və yaşamış ermənilərə müraciət ünvanlanacaq.
Sənəddə nəyin və hansı məsələlərin əksini tapması barədə geniş məlumat vermək istəməyən Bayram Səfərov bildirib ki, bu barədə vaxtı çatanda geniş məlumat veriləcək: “Onu deyə bilərəm ki, bu sənəddə ermənilərin Azərbaycana gəlişi və yaxud yeni salınmış qəsəbələrdə onlara yer verilməsi və digər məsələlər də ola bilər”.
Moderator.az
Moderator.az
































































































