“Ermənilər işgəncə verdikləri azərbaycanlı əsirləri özləri dəfn ediblər” - DEPUTAT

“Ermənilər işgəncə verdikləri azərbaycanlı əsirləri özləri dəfn ediblər” - DEPUTAT

Hazırda oxunan: “Ermənilər işgəncə verdikləri azərbaycanlı əsirləri özləri dəfn ediblər” - DEPUTAT

34670

“Ermənistan Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı bir çox cinayətlər törədib. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib, dəfn edilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə bu bir daha ermənilərin cinayətlərinin miqyasını və azərbaycanlılara qarşı soyqırım törətdiyini göstərir:

“Azərbaycanlı əsir və girovlardan qul kimi istifadə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana qarşı “əsir” kampaniyası - “Ombudsman fəallığını artırmalıdır” 


Onların işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin, inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə vandalizm aktlarında istifadəsi və zərərli istehsal sahələrində işlədilməsi halları aşkarlanıb.

Eyni zamanda əsir və girov götürülmüş şəxslərdən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunmasına və Azərbaycanda terror-təxribat aktlarının törədilməsinə məcbur edilməsinə çalışılıb.

Ermənistan tərəfi bilməlidir ki, törətdiyi vəhşiliklərin cəzasını mütləq alacaq.

Vətən müharibəsində qələbəmizi təmin etdiyimiz kimi, haqq və ədalətin bərpasını tezliklə həyata keçirəcəyik.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cinayətlərə görə təkcə Ermənistan məsuliyyət daşımır. Nə qədər gec deyil beynəlxalq qurumlar Ermənistan qarşı sanksiya tətbiq etməlidilər. Əks halda, erməni vəhşiliyi hələ uzun illər çəkəcək”. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO