Mətbəxinizdəki süngərlər xəstəlik mənbəyidir - QORXULU AÇIQLAMA

Mətbəxinizdəki süngərlər xəstəlik mənbəyidir - QORXULU AÇIQLAMA

Hazırda oxunan: Mətbəxinizdəki süngərlər xəstəlik mənbəyidir - QORXULU AÇIQLAMA

34655

Qab yuyulan süngər qaynar suyun belə öhdəsindən gələ bilmədiyi milyardlarla mikrobların mənbəyidir. 

Bizim.Media xəbər verir ki, bu barədə son araşdırmalarda bildirilib.

Qab yumaq üçün nəzərdə tutulan süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur. 

İstifadə edilmiş süngərləri mikroskop altında nəzərdən keçirilib. Daha sonra bu qənaətə gəlinib ki, əşyanın hər kub santimetrində minlərlə mikrob və bakteriyalar yatır. Bu isə, yer kürəsində yaşayan insanların sayından 7 dəfə çoxdur. 

Hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır. 

Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktı aşkara çıxarıblar. 

Məlum olub ki, süngəri qaynatmaq və ya mikrodalğalı sobada isitmək onun tərkibindəki mikrobları tam məhv etmir. Alimlər düşünür ki, heç təmizlənməyən süngərə nisbətən tez-tez yuyulan süngərin tərkibində mikrob daha çox olur. Bu isə insan sağlamlığına ciddi ziyan vuran bakteriyaların yaranmasına səbəb olur. 

Mütəxəssislərin fikrincə, məhz bu mikroblar daha dayanıqlıdır. Onlar yuyulma zamanı məhv olan digər bakteriyaların yerinə keçərək artırlar. 

Alimlər isə bu qənaətə gəlirlər ki, mətbəx süngəri tez-tez dəyişilməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO