Göz yorğunluğunu aparan 10 QIZIL QAYDA 

Göz yorğunluğunu aparan 10 QIZIL QAYDA 

Hazırda oxunan: Göz yorğunluğunu aparan 10 QIZIL QAYDA 

34620

Az qala hərgün işləməkdən gözləri qızaranlarla rastlaşırıq. Lakin göz gimnastikası  etməklə, nəinki əzələləri məşq etdirmiş oluruq,  həmçinin bütövlükdə orqanizmi işləməyə vadar edirik.

Bizim.Media Monitor arxasına işləyənlər üşün faydalı məsləhətləri təqdim edir. 

1. Kəpənək. Kirpiklərinizi tez-tez bir-birinə vurun, yəni, gözlərinizi qırpın. Məlumdur ki, monitor qarşısında gözlər tənbəlləşir və az qırpılır, bu isə görmə qabiliyyətinə zərər yetirir. 

2. Yuxarı-aşağı. Başınızı dik tutun. Düz qarşınıza baxın. Ağır-ağır nəzərinizi tavana qaldırın, bir-iki saniyə ləngidin, sonra döşəməyə baxın və yenə də ləngidin. Çalışmanın yerinə yetirilməsi zamanı başınız hərəkətsiz olmalıdır. 

3. Kəfkir. Başınızı dik tutun. Düz qarşınıza baxın. Əvvəlcə sola, sonra ağır-ağır nəzərinizi sağa yönəldin. Başınız hərəkətsiz olmalı, yalnız gözləriniz işləməlidir. Çalışmanın yerinə yetirilməsi zamanı göz almacıqları əzələlərinin vəziyyətinə diqqət yetirin, gərginliyə yol verməyin!   

4. Səkkiz. Başınızı dik tutun. Düz qarşınıza baxın. Təsəvvürünüzdə maksimal ölçüdə üz nahiyəniz  hüdudlarında  üfüqi səkkiz rəqəmini (yaxud, sonsuzluq işarəsi) canlandırın və onu süzgün şəkildə  gözləriniz ilə təsvir edin. Hərəkəti bir neçə dəfə bir, sonra isə o biri tərəfə təkrar edin. Sonra tez-tez gözlərinizi qırpın. 

5. Siferblat. Gözləriniz önündə qızılı rəngli böyük siferblat təsəvvür edin (alimlər hesab edir ki, məhz bu rəng görmə qabiliyyətinin bərpasına kömək edir).  Başınızı hərəkətsiz saxlayaraq, göz almacıqları ilə dairəvi hərəkətlər yerinə yetirin.  

6. Karandaş. Karandaşı irəli uzanan  sağ əlinizə götürərək, gözlərin səviyyəsinə qaldırın. Karandaşın ucuna baxaraq, əlinizi aramla sağa, sonra isə sola aparın. Bu zaman başınızı tərpətmədən,  əşyanı gözləriniz ilə izləyin. 

7. Gözəl  uzaqlıq. Pəncərəyə yaxınlaşaraq, uzaqlara baxın, sonra isə nəzərinizi burnunuzun ucuna yönəldin – bu, göz əzələsini məşq etdirir. Hərəkəti bir neçə dəfə təkrar edin.

8. Geniş bağlanmış gözlər. Gözlərinizi yumaraq, xəyali dairə, sonra üfüqi səkkiz rəqəmi, sonra isə xaç təsvir edin. 

9. Gözübağlıca. Bir neçə dəfə gözlərinizi sıxaraq, bərk bağlayın, sonra sadəcə yumun və 20-30 saniyə əyləşin.  

10. Masaj. Qulaqlarda bu və ya digər orqana təsir edə bilən böyük sayda nöqtələr mövcuddur. Mərcəyi stimulyasiya etməklə, dolayısı ilə görmə qabiliyyətinə təsir edirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO