Sülhməramlı:

Sülhməramlı: "Qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik" - FOTO

Hazırda oxunan: Sülhməramlı: "Qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik" - FOTO

34513

"Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik". 

Bizim.Media xəbər verir ki, bunu "Report"a açıqlamasında Əfqanıstandan Vətənə qayıdan Azərbaycan sülhməramlısı Paşayev Seymur Sulduz oğlu deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Bakıya gəldilər


"Biz hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edirdik. Hər zaman bizim qarşımızda qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq.

Biz bayrağımızı daim dalğalandırmaqla və dövlətimizi təmsil etməklə qürur duyuruq.

Qürur duyuram ki, Azərbaycan Ordusunda xidmət edirəm. Bizim missiyamız Kabil Beynəlxalq Hava Limanının mühafizəsini təmin etmək idi. Biz Əfqanıstanda türkiyəli qardaşlarımızla çiyin-çiyinə xidmət aparırdıq", - o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO