“Əli və Nino” Gürcüstanla Azərbaycanı yenidən birləşdirir – ROMANTİK ANLAR QAYIDIR 

“Əli və Nino” Gürcüstanla Azərbaycanı yenidən birləşdirir – ROMANTİK ANLAR QAYIDIR 

Hazırda oxunan: “Əli və Nino” Gürcüstanla Azərbaycanı yenidən birləşdirir – ROMANTİK ANLAR QAYIDIR 

34468

Artıq Azərbaycan və qonşu Gürcüstanı eyni turizm marşrutu çərçivəsində səyahət etmək mümkün olacaq.

Dövlət Turizm Agentliyindən açıqlanan məlumata görə, Gürcüstanla birgə "Əli-Nino" turizm marşrutu hazırlanır.

Layihəni həyata keçirtməkdə məqsəd Avropadan gələn turistlər üçün hər iki ölkəyə səyahət etmək şansı yaratmaqdır. Bu marşrutla turistlər Azərbaycanda Bakını, Gəncəni, gələcəkdə isə Şuşanı görmək şansı əldə edəcəklər. Qonşu ölkədə səyahət ediləcək yerləri isə Gürcüstan tərəfi hazırlayır və əsas istiqamət Tibilisi olacaq. “Əli-Nino” turizm marşrutu bu il üçün nəzərdə tutulur. Hazırda layihənin üzərində işlər aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb bölgəsində turizm niyə zəifdir? - SƏBƏBLƏR


İki Cənubi Qafqaz ölkəsini bir marşrut çərçivəsində gəzmək xarici, eləcə də hər iki ölkənin turistləri üçün cəlbedici olacaqmı? Bu cür marşurutun açılması Azərbaycan turizminin inkişafına hansı töhfəni verəcək?

Turizm eksperti Ceyhun Aşurov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu marşrutun açılması həm Azərbaycan, həm də Gürcüstan turizminə öz faydasını verəcək.    

“Bu Azərbaycan və Gürcüstanın ortaq dəyərlərinin olduğunu göstərən bir marşrut xəttidir. Marşrut xəttinin adı da uğurlu seçilib. Bu romantik hekayənin davamı kimi nəzərdə tutula bilər. Bu həm iki ölkənin turisləri üçün, həm də Qafqaz turu etmək istəyən xarici turistlər üçün maraqlı ola bilər. Eyni zamanda gəlirlərin artmasına şərait yaradar”.  

Ekspertin sözlərinə görə, əvvələr də iri şirkətlər arasında bu cür marşrut xəttləri mövcud olub: 

“Uzaq Şərqdən gələn turistlər üçün Qafqaz səfərləri həyata keçirilirdi. Bir neçə gün Azərbaycanda olurdular, sonra isə Gürcüstana gedirdilər”.

Ceyhun Aşurov ortaq turizm marşrutlarının yaradılması istiqamətində işlərin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun hesab etdiyini deyib: 

“Bu cür marşrutların xarici ölkələrə birgə satış modelinin hazırlanması hər iki ölkənin turizminə müsbət təsirini göstərər”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO