Sudan qanunsuz istifadə edən obyektlər AŞKARLANDI - FOTOLAR

Sudan qanunsuz istifadə edən obyektlər AŞKARLANDI - FOTOLAR

Hazırda oxunan: Sudan qanunsuz istifadə edən obyektlər AŞKARLANDI - FOTOLAR

34381

Bakının Nərimanov rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə qurum məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İçməli sudan qanunsuz istifadə halları aşkarlandı - XƏBƏRDARLIQ - FOTO


Məlum olub ki, Əhməd Rəcəbli küçəsində avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdə yaxınlıqdan keçən su xəttinə qoşulma edilib və sudan qanunsuz istifadə olunub. Bununla əlaqədar dəymiş ziyan hesablanıb və obyektin su təchizatı dayandırılıb. 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq içməli suyu talayan ünvanlardan biri də Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ət kəsimi məntəqəsi olub. Sudan uçotsuz və sayğacdankənar istifadə edən obyektin su təchizatı dərhal dayandırılıb. 
 

Nərimanov rayonu ərazisində yerləşən və 204 saylı marşrut avtobusunun qarajı kimi tanınan ərazidə də sudan qanunsuz istifadə halı aşkarlanıb. Məlum olub ki, yaxınlıqdan keçən su kəmərindən qaraj ərazisinə  su xətti çəkilib və sudan uçotsuz istifadə olunub. 


Müəyyən olunan hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilən xətlər və qoşulmalar ləğv edilib. Qanunsuz istifadəyə görə dəyən ziyan hesablanıb və içməli sudan qanuni istifadənin yolları sahibkara izah edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO