Bakıda 15 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı - FOTO

Bakıda 15 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı - FOTO

Hazırda oxunan: Bakıda 15 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı - FOTO

34356

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb. 

Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, əslən türk olan 15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binada yerləşən "İzmir" mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. İntihar edən şəxs əvvəlcə binanın həyətində olan “Merecedes” markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.

Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO