Xalq artisti Səfurə İbrahimovanın vəziyyəti ağırlaşıb

Xalq artisti Səfurə İbrahimovanın vəziyyəti ağırlaşıb

Hazırda oxunan: Xalq artisti Səfurə İbrahimovanın vəziyyəti ağırlaşıb

3434

Səhhətində ciddi problem yaranan Səfurə İbrahimovanın vəziyyəti ağırlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev öz “Facebook” səhifəsində bildirib.

O, Səfurə İbrahimovanın yanında olduğunu bildirib:

“Hal-hazırda Xalq artisti Səfurə İbrahimovanın yanındayam. Bu dünən çəkilən fotolar idi. Səhhəti dünən bu günə nisbətən yaxşı idi. Danışdırırdım onu, tamaşalarından, filmlərindən ağız dolusu danışırdı".

"Hətta bəzi sözlərə gülürdü də. Düzdür, huşu gedib gəlirdi. Bu gün isə vəziyyəti olduqcaağırdır. Təcili yardım az öncə getdi. Ümid Allahadır. Dua edək”,- deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Səfurə İbrahimova iki gün əvvəl, qonşularının müraciəti ilə, FHN və polis əməkdaşları tərəfindən evində huşsuz vəziyyətdə tapılıb.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO