Çinin çəkiliş qrupu Ağdamda oldu

Çinin çəkiliş qrupu Ağdamda oldu

Hazırda oxunan: Çinin çəkiliş qrupu Ağdamda oldu

34272

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayan Çinin “On the road” şirkətinin çəkiliş qrupu Ağdamda bir sıra yerlərdə olub.

Bizim.Media xəbər verir ki, çəkiliş qrupu Ermənistan Silahlı Qüvvələrinin 28 il ərzində Ağdamda çəkdiyi "Ohanyan" səddini və minalanmış Azərbaycan torpaqlarını lentə alıb.

Daha sonra Pənahəli Xanın İmarət kompleksi, Xurşidbanu Natəvanın dağıdılmış məzarı lentə alınıb.

Bundan sonra çəkiliş qrupu Ağdam Çörək muzeyində, “Cümə” məscidində, Ağdam Dram Teatrında, Qiyaslı məscidi və Qarağacı qəbiristanlığında olub.
 

Ağdamda işğaldan sonra aparılan quruculuq işləri ilə tanış olan çəkiliş qrupuna tikiləcək Ağdam haqqında məlumat verilib. Qrup şəhərin baş planı ilə tanış olub.


Qeyd edək ki, Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayıb. Çəkiliş qrupu Ağdamdan əvvəl Şuşa şəhərində, Zəngilan, Füzuli rayonlarında olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO