Yasamalda ustanı “tok” öldürdü - FOTO

Yasamalda ustanı “tok” öldürdü - FOTO

Hazırda oxunan: Yasamalda ustanı “tok” öldürdü - FOTO

34206

Bakıda usta elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat yayıb.

Bildirilib ki, hadisə Yasamal rayonu, Moskva prospekti 75 a ünvanında qeydə alınıb. Belə ki, orada yerləşən binanın fasadında təmir işləri aparan Ceyhun adlı ustanı elektrik cərəyanı vurub.

Usta binada təmir işləri aparan digər şəxslərin köməkliyi ilə aşağı düşürülüb və ona ilkin yardım göstərilməsinə başlanılıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin təcili yardım gələnə qədər həmin şəxs keçinib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO