“Əli Həsənovu yerin dibinə soxdular” - Nazim Bəydəmirli - FOTO

“Əli Həsənovu yerin dibinə soxdular” - Nazim Bəydəmirli - FOTO

Hazırda oxunan: “Əli Həsənovu yerin dibinə soxdular” - Nazim Bəydəmirli - FOTO

34133

“Bir sözlə, Əli Həsənov özü yazıb və ya yazmayıb bu olan keçəni dəyişdirmir, adamı sadəcə yerin dibinə soxdular. Onunla cəmi bir dəfə görüşmüşəm, daha doğrusu ömrümdə PA-ya cəmi iki dəfə getmişəm, birində 2005-ci il seçkilərindən sonra Milli Məclisin birinci iclasından öncə hamını yığıblar ki, sabahkı iclası müzakirə etsinlər (çox maraqlı gəldi ki, məni niyə dəvət ediblər, nə YAP-ın siyahısı ilə seçilmişdim, nə də ki, oliqarxların)”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Milli Məclisin sabiq deputatı, iqtisad elmləri doktoru Nazim Bəydəmirli yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənova həyəcan təbili çaldıran nədir?


“2-ci dəfə bir müxalifətçi həkimin dosyesini Əli Həsənova çatdırmışam ki, Ramiz Mehdiyevə versin ki, həkim "bizim adamdır", onu əvvəlki işinə bərpa etsinlər.

Təşəbbüs məndən deyil, həkimin israrlı xahişindən sonra Əli Həsənova zəng etmişəm.


Əlqərəz, 20-30 dəqiqə Əli Həsənovun kabinetində olmuşam, onun da əsas hissəsini adam telefonda kiminləsə də hansı qəzetlərə və şəxslərə "qara kassadan" nə qədər pul verilməsini müzakirə edib. Sonra da mənə, bizim ağsaqqallara böyük hörmətini ifadə edib, məsələni həll edəcəyinə söz verib!”, deyə o, qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO