“Havasız dar dəhlizdə 150 nəfər peyvənd növbəsi gözləyir” - FOTO 

“Havasız dar dəhlizdə 150 nəfər peyvənd növbəsi gözləyir” - FOTO 

Hazırda oxunan: “Havasız dar dəhlizdə 150 nəfər peyvənd növbəsi gözləyir” - FOTO 

34068

Hüquqşünas Ələsgər Məmmədli vaksinasiya üçün getdiyi poliklinikada gördüyü mənzərə ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, o, poliklinikada uzun növbələrin yarandığını, 150 nəfərin növbə gözlədiyini qeyd edib: 
 

MÖVZU İLƏ BAĞLI:

90 milyon dozadan çox vaksin VURULDU 


“Ölkənin səhiyyə sistemi çökmüş vəziyyətdədir. Bu gün saat 16-17 arası Yasamalda 39 saylı Şəhər Poliklinikasında gördüyüm anarxiyanı sözlə təsəvvür etmək mümkün deyil". 

Hüquqşünasın sözlərinə görə, eyni saata yüzlərlə şəxs portalda qeydiyyatdan keçib, poliklinikaya gəlib.  

"Yarıqaranlıq, havasız dar dəhlizdə 150 nəfər bir-birini sıxışdıraraq, zorla durub. Tək bir həkim, bir tibb bacısı və bir qeydiyyatçı həm peyvənd olmalı şəxsin müayinəsini aparmalı, həm qeydiyyatını aparıb, sistemə keçirməli, həm də ona peyvənd vurmalıdır. İnfeksionist isə saat 2-dək işləyirmiş - evə gedib. 
​​​​​​​

Həkimə sual verib, durumu izah edirsən, dərhal özünə “nəzarətçi” deyən, adı-soyadı məchul olan (açıqlamamaqda dirənən) bir şəxs dərdini izah edən vətəndaşa hücum edib, onu həbs etdirməklə hədələyir, təhqir edir. 


Həkimə sual verirsən ki, bu özünə nəzarətçi deyib, ətrafa hədə-qorxu, təhqir yağdıran zatın adı, soyadı nədir?

Həkim qorxaqcasına “Bilmirəm” cavabı verir. Yəni bu, o deməkdir ki, hansısa qeyri-qanuni şəxslər dövlətin poliklinikasını zəbt edib, vətəndaşlara hədə-qorxu gəlir" 

Ələsgər Məmmədli Səhiyyə Nazirliyinə, TƏBİB-ə çağırış edib: 

"İnfeksoinist həkimləri yarım gün işlətməyin. Dövlət xəstəxanasına, poliklinikasına ad-soyadı gizli olan qoçuları buraxmayın, onları məsuliyyətə cəlb edin”. 

Bizim.Media










 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO