Ağsuda naməlum şəxs evləri, tövlələri yandırdı - FOTO 

Ağsuda naməlum şəxs evləri, tövlələri yandırdı - FOTO 

Hazırda oxunan: Ağsuda naməlum şəxs evləri, tövlələri yandırdı - FOTO 

34052

Ağsu rayonunda gecə saatlarında vətəndaşlara məxsus evlər, tövlələr yandırılıb.

Bizim.Media xəbər verir ki, rayonun Keçidməz kənd sakinləri DİN-in 102 Məlumat Mərkəzinə müraciət edərək onlara məxsus tövlələrə, evlərə od vurulması, yanğın zamanı tikililərin çardaq hissəsinin, ot bağlamalarının yanması barədə məlumat veriblər.

Ev sahiblərindən biri gecə vaxtı həmin naməlum şəxsi tutmaq istəyərkən onunla əlbəyaxa olub və döyülüb.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hazırda polis naryadları gücləndirilmiş rejimdə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO