Qubada tərkibində qadınların da olduğu dəstə saxlanıldı – FOTO-VİDEO

Qubada tərkibində qadınların da olduğu dəstə saxlanıldı – FOTO-VİDEO

Hazırda oxunan: Qubada tərkibində qadınların da olduğu dəstə saxlanıldı – FOTO-VİDEO

33990

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində içərisində qadın üzvləri də olan dəstə ifşa olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Bizim.Media-ya verdiyi məlumata görə Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.RzayevaƏ.Rəsulova saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO