“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən, oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 24.11.2020
Səhiyyə Nazirliyi bu həkimlərə əlavə pul ödəyib
Hazırda oxunan: Səhiyyə Nazirliyi bu həkimlərə əlavə pul ödəyib
Hazırda oxunan: Səhiyyə Nazirliyi bu həkimlərə əlavə pul ödəyib
3392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.