18 saylı xəstəxanadan ŞİKAYƏT – Allergiyası olan vətəndaşa 10 gündür sertifikat VERİLMİR

18 saylı xəstəxanadan ŞİKAYƏT – Allergiyası olan vətəndaşa 10 gündür sertifikat VERİLMİR

Hazırda oxunan: 18 saylı xəstəxanadan ŞİKAYƏT – Allergiyası olan vətəndaşa 10 gündür sertifikat VERİLMİR

33891

“Əks göstəriş sertifikatı”nın verilməsi ilə bağlı süni əngəllərin yaradılmasından şikayətlənənlərin sayı günbəgün çoxalır. Növbəti belə bir problem 18 saylı Birləşmiş Şəhər Xəstəxanasında yaşanıb. 

Bizim.Media xəbər verir ki, Nizami rayon sakini Sevinc Əzimova sosial şəbəkədə bununla bağlı narazılıq edib.

7 yaşından etibarən allergiyadan əziyyət çəkdiyini qeyd edən şikayətçi üz tutduğu 18 saylı Birləşmiş Şəhər Xəstəxanasından peyvəndlənmə əleyhinə “əks göstəriş sertifikatı”nı ala bilmir.

O, günlərdir xəstəxana tərəfindən süni əngəllərlə qarşılaşdığını bildirib:

“Arayış üçün müraciət etdim. Dedilər igE (ümumi) analizi gətir. Çox yüksək dərəcədə allergiyam çıxdı. Hansı ki, uşaq vaxtından əzab çəkirəm. 7 yaşında xəstəxanada yatmağım barədə sənədi və analizlərimin cavabını da təqdim etdim. Məlumat kitabçama yazıldı və şöbə müdirinə təhvil verdim. Nə vaxt hazır olacağını soruşdum. Dedilər, hazır olanda özümüz zəng edəcəyik. 10 gün gözlədim, zəng gəlmədi. Sahə həkimi Tahirə xanımla əlaqə yaratdım. O, isə bildirdi ki, şöbə müdiri kitabçanı geri qaytarıb. Allerqoloq rəyi və Respublika Dəri-Zöhrəvi Dispanserdən sənəd tələb edirlər. Halbuki başqa poliklinikalarda sadəcə igE analizinə görə arayış təqdim olunur. Bu süründürməçiliklə rüşvət istədikləri aşkardır”. 

Şikayətçi aidiyyəti qurumlardan düşdüyü çətin duruma görə yardm istəyir. 

Məsələ ilə bağlı adıçəkilən xəstəxana ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmadı.

Səhiyyə Nazirliyinin rəsmisi Elvin Hacıyev isə şikayətlə bağlı belə cavab verib:

“Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər qəbul olunmuş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların olmasıdır. Digər allergiya növləri COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil. Sadəcə olaraq xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA 


Elvin Hacıyev əlavə edib ki, əgər vətəndaş məsələ ilə bağlı mənfi halların və ya tibb müəssisəsində rüşvət tələb olunduğunu iddia edirsə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttinə, yaxud hüquq mühafizə orqanlarına müraciət etsin.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO