Bakıda koma TƏHLÜKƏSİ - “Kiminsə arzu-istəyi ilə işləmirik” - Meriyadan AÇIQLAMA

Bakıda koma TƏHLÜKƏSİ - “Kiminsə arzu-istəyi ilə işləmirik” - Meriyadan AÇIQLAMA

Hazırda oxunan: Bakıda koma TƏHLÜKƏSİ - “Kiminsə arzu-istəyi ilə işləmirik” - Meriyadan AÇIQLAMA

33857

Həftəsonu aparılan dezinfeksiya işləri şəhərdə nəqliyyatın hərəkətinə mane olur. Dezinfeksiyanın aparılacağı əvvəlcədən elan olunsa da, bu Bakının küçələrində avtomobil sayının azalmasına gətirib çıxarmır.

Yollarda avtomobillərin çox olması isə öz növbəsində dezinfeksiya işlərinin effektivliyini azaldır. 

Bu baxımdan da aparılan dezinfeksiya işləri bəzi narazılıqlar yaradıb. Hesab olunur ki, dezinfeksiyanın vaxtı düzgün seçilməyib. Bu cür işlərin gecə saatlarında görülməsi məqsədəuyğun hesab edilir.

Digər tərəfdən isə dezinfeksiyaedici məhlulların insan orqanizmi üçün təhlükəli olduğu məlumdur.

Tibb ekspertləri hesab edir ki, müxtəlif məqsədlə istifadə olunan bütün dezinfeksiya maddələrinin toksik təsiri var. Onların böyük miqdarda orqanizmə daxil olmağı nəticəsində zəhərlənmə baş verə bilər. Eləcə də bu cür məhlullar, o cümlədən də xlor qıcıqlanmaya səbəb olur. Əgər həmin vaxt küçədə olan insanda digər xəstəliklər varsa, dezinfeksiya məhlullarının daha böyük təsiri ola bilər. Bu təsir hətta koma vəziyyətinə düşməyə gətirib çıxara bilər.  
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA 


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında bildirdi ki, dezinfeksiya işəri zamanı qabaqcadan vətəndaşlar xəbərdar edilir: 

“Xahiş edirik, küçəyə az çıxsınlar. Kiminsə arzu, istəyi ilə işləmirik axı. Bir-iki nəfərin narazılığı ilə dezinfeksiya işlərini saxlaya bilmərik”.

Burada söhbətin dezinfeksiya işlərinin dayandırılmasından deyil, vaxtının dəyişdirilməsindən, gecə saatlarına salınmasından getdiyini Meriya sözcüsünün nəzərinə çatdırdıq.


“Bəs nə vaxt edək, gecə məgər dezinfeksiya edənlər insan deyillər?! Onlar kommunal xidmətlərin işçiləridir axı”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO