Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, bu proses sentyabrın sonuna qədər davam edəcək:
"Sentyabrın 1-dən etibarən peyvənd olunmayan şəxslərin bu obyektlərə girişi qadağan ediləcək. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. Çünki bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır. Hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir. Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır" (Trend).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 23.08.2021
Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə buraxılacaq – DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə buraxılacaq – DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə buraxılacaq – DİN-dən AÇIQLAMA
33843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.