Banklarda girov əmlak süründürməçiliyi

Banklarda girov əmlak süründürməçiliyi

Hazırda oxunan: Banklarda girov əmlak süründürməçiliyi

33791

Son günlər bank girovluğunda olan əmlakların girovluqdan azad edilməsi ilə bağlı vətəndaş şikayətlərinin sayı sürətlə artmaqdadır. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, bankların bir çoxunda bank girovluğunda olan əmlakların girovluqdan azad edilməsində ciddi süründürməçiliyə yol verilir: “Bankların əksəriyyətində mövcud olan nizamnaməyə görə, pulu tam olaraq ödənilmiş əmlak girovluqdan 7 iş günü müddətində azad edilməli, bu barədə əmlak sahibi məlumatlandırılmalıdır. Lakin bankların bir çoxu bu prinsipə əməl etmir, vətəndaşa pulun tam olaraq ödənilməsi ilə bağlı qəbz versələr də, əmlakın bank girovluğundan çıxarılmasını operativ qaydada reallaşdırmırlar. Bu səbəbdən də bank girovluğundakı əmlakın pulunu tam olaraq ödəyən vətəndaşlar da həftələrlə yollarda qalmalı olur. Vətəndaşları girov əmlak problemi ilə bağlı narahat edən digər məqam əmlakın bankdan azad edilməsi ilə bağlı sənədin vətəndaşa deyil, “MERO”-ya göndərilməsi ilə bağlıdır. Vətəndaşlar hesab edir ki, bu, süründürməçilik hallarının artmasına səbəb olan, insanları bank-”MERO” arasında gəl-gedə salan başlıca amildir. Vətəndaşların fikrincə, əmlakın girovluqdan azad edilməsi ilə bağlı sənədin “MERO”-ya deyil, vətəndaşın özünə verilməsi daha məqbuldur. Bu, yersiz süründürməçilik hallarını aradan qaldırmaqla yanaşı, vətəndaşa vaxt və enerjisinə də qənaət etməyə imkan yaradar”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO