Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır

Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır" - FOTO

Hazırda oxunan: Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır" - FOTO

33746

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal “Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi üçün 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan sülhməramlıları Kabildə tapşırıqları icra edir" – RƏSMİ - VİDEO


Agentliyə danışan Azərbaycan sülhməramlısı Anar Babayev "Hazırda Əfqanistanda xidmətdəyik. Türk qardaşlarımızla birlikdə xidmət aparırıq. Onlara yardım edirik",- deyib. 

Bir aya yaxındır Kabildə olduqlarını söyləyən digər hərbçilərimiz Səxavət Kazımov, Həbib Həsənov və Qismət Musayev də bildiriblər ki, Türkiyə əsgərləri ilə eyni bölgədə xidmət aparırlar.  

“Hər şey yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə dönəcəyik", -  deyə qeyd ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO