Prezident Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı

Prezident Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı

Hazırda oxunan: Prezident Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı

3372

"Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm”.

Bizim.Media xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev deyib.

Prezident deyib ki, Məkkədə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı dualar edib:

“Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib” deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO