Şəhid ailələrinə və müharibə əlillərinə mənzil verildi - FOTO

Şəhid ailələrinə və müharibə əlillərinə mənzil verildi - FOTO

Hazırda oxunan: Şəhid ailələrinə və müharibə əlillərinə mənzil verildi - FOTO

33646

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda 45 mənzilli yaşayış binası tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

Yeni mənzillə təmin olunan vətəndaşlar şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, sosial dəstəklə əhatə olunmaları istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər.

Onlar göstərilən yüksək qayğıya, bu gün isə müasir tələblərə uyğun yaşayış şəraiti olan mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO