Şirvanda qaçırdığı avtomobili yandırdı – Polis tutdu

Şirvanda qaçırdığı avtomobili yandırdı – Polis tutdu

Hazırda oxunan: Şirvanda qaçırdığı avtomobili yandırdı – Polis tutdu

33645

Ötən gün Şirvan Rayon Polis Şöbəsinə şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Hacıqəhramanlı qəsəbəsi ərazisində yanmış halda tapılıb.
 

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S. Qasımzadə müəyyən edilərək saxlanılıb. 


Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO