Müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.
Bizim.Media xəbər verir ki, Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər.
Yol kənarlarına, parklara, skamyalara, keçidlərə, və s. yerlərə su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atılır.
MÖVZU İLƏ BAĞLI:
Ölkədə 7 km uzunluğunda ilk veloyol istifadəyə verilib - FOTO
Belə halların qarşısının alınması məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib.
Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.
Bizim.Media