COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlandı

COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlandı

Hazırda oxunan: COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlandı

33468

COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq - Şahmar Mövsümov


Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

"Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportunun olub olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVID-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO