Bu günədək 41 minə yaxın təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Həmin təhsil işçiləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edildiyi kimi "Əks göstəriş" sertifikatı da təqdim etməlidirlər.
MÖVZU İLƏ BAĞLI:
Əks göstəriş SERTİFİKATI - Sənədi alan şəxslərin üzünə AÇIQ və BAĞLI qapılar
Əks halda onlar vaksinasiyadan səbəbsiz imtina etmiş şəxslər kimi qəbul olunacaqlar.
Bizim.Media