Jurnalist Şakir Eminbəyli mənzilini şəhid anasına bağışladı – FOTOFAKT

Jurnalist Şakir Eminbəyli mənzilini şəhid anasına bağışladı – FOTOFAKT

Hazırda oxunan: Jurnalist Şakir Eminbəyli mənzilini şəhid anasına bağışladı – FOTOFAKT

33208

Tanınmış jurnalist Şakir Eminbəyli mənzilini şəhid Yusif Budaqovun anası Lətafət xanıma bağışlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda o, Facebook səhifəsində paylaşım edib:

“Şəhid Yusif Budaqovun anası Lətafət xanım! Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır... Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.
 

MÖVZU İLƏ BAĞLI:

Jurnalist ona verilən evi şəhid ailəsinə bağışladı - FOTO


Qeyd edək ki, istifadəçilərin hamısı şərhlərində Eminbəyliyə minnətdarlıqlarını bildiriblər. 

Xatırladaq ki, bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın şəhid ailələrinə verilməsi ilə bağlı təklif irəli sürmüşdülər.

Həmin şəxslərin arasında “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli də var idi. Adları çəkilənlər sosial mediada tənqid edildikdən sonra Eminbəyli prezidentin hədiyyə etdiyi evi şəhid ailəsinə bağışlayacağını açıqlamışdı.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO