Prezidentin təltif etdiyi sərhədçilərə orden və medallar təqdim olundu - FOTO

Prezidentin təltif etdiyi sərhədçilərə orden və medallar təqdim olundu - FOTO

Hazırda oxunan: Prezidentin təltif etdiyi sərhədçilərə orden və medallar təqdim olundu - FOTO

33155

Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində “Vətən Müharibəsi”ndə şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, abidənin önünə gül çələnginin qoyulması və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırıb, mərasimin Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını, sərhədçilərin bu ilki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən DSX ilə bağlı FƏRMAN


Torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməiliyyatlarında Dövlət Sərhəd Xidmətinin həlak olmuş 47 hərbi qulluqçusu arasında pilot zabitlərimiz - mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlunun da olmaları, DSX-nin Aviasiya Qüvvələrində şəhidlərimizin xatirəsinə və Vətən Müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidələrin ucaldılmasının şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsinə yüksək ehtiramın ifadəsi, döyüş qüdrətimizin təcəssümü olduğu bildirilib.

Tədbir zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO