Müəllimlərin işə qəbulu müsabiqəsinə başlanır

Müəllimlərin işə qəbulu müsabiqəsinə başlanır

Hazırda oxunan: Müəllimlərin işə qəbulu müsabiqəsinə başlanır

33152

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə başlanılır.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Onlar üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI


Namizədlər “miq.edu.az” saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO