Azərbaycanda muzdla çalışan işçilərin sayı - STATİSTİKA 

Azərbaycanda muzdla çalışan işçilərin sayı - STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda muzdla çalışan işçilərin sayı - STATİSTİKA 

33147

2021-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 288,8 min nəfər olub, onlardan 4 milyon 947,7 min nəfərini məşğul əhali təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsini hesabatında qeyd olunub.

Məlumata görə, cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1690,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908,1 min nəfər, qeyri-dövlət sektorunda isə 782,5 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 32,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1658,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO