Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.
Bu barədə Bizim.Media Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə Nazirliyi məlumat YAYDI - FOTO
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.
Bizim.Media