Lənkəran və Lerikdə meşələrin qırılması ilə bağlı cinayət işi başlandı

Lənkəran və Lerikdə meşələrin qırılması ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Lənkəran və Lerikdə meşələrin qırılması ilə bağlı cinayət işi başlandı

33121

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər, Lerik və Razvandoband meşəbəyliklərinin ərazilərində ağacların qanunsuz kəsilməsi barədə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş material əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayısında 54 ədəd 10 min manat dəyərində, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında 21 ədəd 6 min manat dəyərində, Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında isə 17 ədəd 17 min manat dəyərində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkar olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə meşələrin qırılması ilə bağlı nazirlikdən açıqlama - "Fındıq bağı salınır"


Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Lerik rayon polis şöbəsinin istintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO