Sənəddə namizdlərin təbliğat kampaniyasının 28 gündən 23 günə endirilməsi, 2009-cu ildə Konstitusiyaya dəyişiklik edilərək eyni şəxsin 2 dəfədən artq preziden seçilməsinə məhdudiyyət qoyulmasının aradan qaldırıldığı qeyd olunub. Hesabatda maraqlı məqamlardan biri də seçicilərin sayı ilə bağlıdır. MSK-dan qonaqlara bildirilib ki, 4 milyon 900 min seçici qeydiyyata alınıb, amma statistikaya görə, Azərbaycanda 18 yaşından yuxarı əhalinin sayı 6 milyon 400 min nəfərdir.
Sənəd müəllifəri qeyd edirlər ki, 2009-cu ildə Konstitusiyaya edələn dəyişikilik mövcud prezidentin növbəti dəfə seçkilərdə iştirakına ola biləcək maneəni aradan qaldırıb. Venesiya Komissiyasına istinadən qeyd olunur ki, prezidentin müddətsiz olaraq seçkilərdə iştirakına demoktratik təsisatları və milli ənənələrin konsalidasiyası olmayan ölkələrdə qadağanın olması vacib məsələdir.
Eyni zamanda 2010-cu il parlament seçkilərini xatırladan müəlliflər, qeyd edirlər ki, bu zaman Azərbaycanda sərbəst toplaşmaq azadlığı məhdudlaşıdırılıb, müstəqin KİV-lərdə siyasi diskusiyalar demək olar ki, olmayıb: “Bu seçkilər ATƏT-in demokratik seçkilərlə bağlı bir sira əsas tələblərinin icra edilməməsi və Azərbaycanın milli qanunvericiliyinin pozulması ilə müşayət olubub”.
Hesabatı şərh edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli «Bizim Yol»a bildirib ki, bu qurum heç zaman Azərbaycandakı problemləri qeyd etməkdən çəkinməyib. Mütəmadi olaraq seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı tövsiyyələrini verib: “Bu qurumun hər hansı sanksiya tətbiq etmək səlahiyyəti yoxdur. Ancaq qiymətləndirmə aparıb rəyini bildirir və rəyləri də heç zaman pozitiv olmayıb”.
SMDT rəhbəri bildirib ki, hazırki missiyada əvvəllər Aərbaycanda olmuş ekspertlərlə bərabər çoxsaylı yeni adamlar var. Bu adamlar seçkilər sahəsində mütəxəsislərdir. Bu missiyada Azərbaycan hakimiyyətinin və ya müxalifətinin mövqeyini müdafiə edən şəxslər qətiyyən olmur. ATƏT-in Parlament Assambleyası, bu qurumun ayrı-ayrı deputatları, bəzən ATƏT-də təmsil olunan müxtəlif ölkələrin Azərbaycandakı diplomatik korpusları tərəfindən missiyaya təzyiqlər olur. Amma missiya hələki obyektivliyini qoruyan seçki müşahidəsi üzrə yeganə nüfuzlu təşkilatdır”.
“Demokratiyanı Öyrənmə” ictimai birliyin sədri Mirəli Hüseynov isə deyir ki, ATƏT-in müşahidə missiyasının Azərbaycana gəlməsini müsbət addım hesab edir: “Bu qurum seçki müşahidəsi üzrə ən ixtisaslı b təşkilatdır. Təəssüf edici hal ondan ibarətdir ki, onlar seçkilərin nəticələrinə təsir etmək imkanında deyil. Amma bu qurumun hesabatalrı ilə Azərbaycanda seçkilərin nə qədər demokratik və obyektiv keçirilməsinə dair rəy formalaşır. Missiya prezident seçkilərinin müşahidəsinə dair obyektiv yekun hesabat təqdim edəcək».





























































































