Vaksindən yayınma “səbəblər”i: Çip qoşulacaq, sonsuzluq yaradır...

Vaksindən yayınma “səbəblər”i: Çip qoşulacaq, sonsuzluq yaradır...

Hazırda oxunan: Vaksindən yayınma “səbəblər”i: Çip qoşulacaq, sonsuzluq yaradır...

33091

İl yarımdır ki, dünyanı cənginə alan koronavirus bəlası hələ də davam edir. Fərqli ölkələrin mütəxəssisləri tərəfindən virusdan qorunmaq üçün kəşf edilən vaksinlər isə xəstəliklə mübarizə aparmaq üçün əsas vasitə kimi bəşəriyyətə təqdim olunub. Lakin həm ölkəmizdə, həm də bütün dünyada əhali arasında peyvəndləmədən imtina edən və ona qarşı çıxan insanların sayı heç də az deyil.

Vaksinə qarşı mövqe tutan insanlar tərəfindən irəli sürülən səbəblər isə oxşarlıq təşkil edir. Bu cür əks fikirlərin əsassız olması ilə bağlı mütəxəssislər tərəfindən əsaslı dəlillər ortaya qoyulsa da, sözügedən iddialara inanan insanların sayı heç də az deyil.

Həmin “əsaslı” səbəblərdən bəzilərini bir araya toplayaraq sizə təqdim edirik:

Vaksinlə insanlara çip qoşacaqlar. 

Qeyd olunan iddia, bütün dünyada vaksinlərin tətbiq olunmağa başladığı ilk günlərdən geniş şəkildə səsləndirilməyə başlayıb. Bu ideyanın davamçıları “Covid” əleyhinə peyvəndlərin insanları robotlar kimi idarə etmək üçün naməlum qüvvələrin oyunu olduğunu iddia edirlər.

Peyvəndlər sonsuzluq yaradır. 

Bu fikirə inananların sayı da ölkəmizdə az deyil. Belə ki, bəziləri əhali artımının qarşısı almaq üçün insanların peyvəndləndiyinə inanırlar.

Koronavirus yalandır. 

“Covid-19” adlı xəstəliyin olduğuna inanmayanlar isə pandemiyanın başlanğıcında indiyə kimi öz fikirlərindən imtina etməyi düşünmürlər və olmayan xəstəlik üçün, peyvəndə də ehtiyac qalmadığını qeyd edirlər.

Vaksin çarə deyil, insanları aldadırlar. 

Bir qrup şəxs isə peyvəndlərin çarə olmadığını, yalnızca insanları sakitləşdirmək üçün uydurulan əsassız yalan olduğunu qeyd edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha 18 nəfər COVID-19-dan öldü – SON STATİSTİKA


Vaksin olunanlar bir müddət sonra öləcəklər.

Qeyd olunan iddianın yayılmasına əsas səbəb isə, vaksinasiyadan bir müddət sonra dünyasını dəyişən şəxslərlə bağlı dünya mediasında xəbərlərin tirajlanmasıdır. Bu da insanların həyatları üçün narahat olmasına gətirib çıxarıb.  

İnsanlara vaxtaşırı peyvənd vurub onları asılı hala salacaqlar. 

Bu iddia isə, digərlərindən daha gülüncdür. Belə ki, guya insanlara vaxtaşırı olaraq peyvənd vurmaqla onları asılı hala salacaqlar. Daha sonra isə, vaksinlər insanlara pulla satılmağa başlayacaq və maddi imkanı zəif olanlar dərmandan məhrum qalaraq xəstəliyi daha ağır formada keçirəcəklər.

Lakin sadalanan bəhanələrdən heç biri nə tibb mütəxəssisləri, nə də hər hansı dövlət tərəfindən təsdiq olunub. Son günlərdə bütün dünyada artan virusa yoluxmalar fonunda isə qeyd olunan iddiaları müdafiə edərək, vaksinasiyadan boyun qaçırmaq sadəcə olaraq, pandemiyanın davam etməsinə xidmət edir. Həmin düşnücələrlə çıxış edərək insanları yanlış yönləndirənlərin isə, görünür, özlərinin virusun yayılmağında müəyyən maraqları var.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO