Sumqayıt sakinləri Qubada oğurluq etdilər – VİDEO-FOTO

Sumqayıt sakinləri Qubada oğurluq etdilər – VİDEO-FOTO

Hazırda oxunan: Sumqayıt sakinləri Qubada oğurluq etdilər – VİDEO-FOTO

33058

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ictimai iaşə obyektlərindən, evlərdən, silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri  H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar.

Bizim.Media xəbər verir ki, informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov yayıb.

Onun sözlərinə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlamışlar. 

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO